İki nəfərin ölümünə səbəb olan azərbaycanlı Rusiyada məhkəmə önünə çıxarılıb – VİDEO
Rusiyanın Bryansk şəhərində ölümcül qəzanın səbəbkarı olan azərbaycanlı Nicat Nəbiyevin məhkəməsi başlayıb.
Bu barədə “Bryansk Today” xəbər yayıb.
Bildirilir ki, avtomobili yüksək sürətlə idarə edən gənc qarşı zolağa keçərək, nəqliyyat vasitəsini taksiyə çırpıb. Qəza zamanı iki sərnişin – 26 yaşlı gənc və 39 yaşlı qadın həlak olub. Taksi sürücüsü isə ciddi şəkildə yaralanıb.
Qəza yanvarın 17-də şəhərin məşhur “Aeropark” Ticarət Mərkəzinin yaxınlığında baş verib.
Mayın 14-də bu işlə bağlı ilk məhkəmə iclası keçirilib. N.Nəbiyev təqsirini etiraf edib və işə xüsusi qaydada baxılmasını xahiş edib.
Lakin zərərçəkənlər onun üçün maksimum cəza tələb ediblər. N.Nəbiyevin 7 ilə kimi azadlıqdan məhrum edilməsi gözlənilir.

