İdman 

Millimizin futbolçusunun koronavirus testinin nəticəsi açıqlandı

Almaniya 2-ci Bundesliqasında oynayan millimizin futbolçusu Dmitri Nəzərovun koronavirus testinin nəticəsi açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, onun çıxış etdiyi “Ertsqebirqe” klubu ikinci dəfə verdiyi testin nəticələrini ictimaiyyətə elan edib.

“Karantin-Hotel”də baş tutan testin nəticəsi bütün futbolçularda neqativ çıxıb.

Bu isə o deməkdir ki, “Ertsqebirqe” klubu bu gün Bakı vaxtı ilə saat 15:00-da öz meydanında “Zandhauzen” klubunu qəbul edə biləcək.Oxu.Az

Daha çox xəbərlər