Hadisə 

Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ şosesində qeydə alınıb.

Belə ki, şose ilə hərəkət edən avtomobil 1998-ci il təvəllüdlü Ələkbərova Səma Tənhan qızını vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər