Bakıda Hindistan vətəndaşının restoranından 5 min manat oğurlandı
Bakıda kafedə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə bu ilin fevral ayında paytaxtın B.Səfəroğlu küçəsində yerləşən “The Madras Pub” restoranında qeydə alınıb.
Belə ki, Hindistan vətəndaşı Günasakaran Vijayalayanın icarəsində olan restoranın kassasından oranın işçisi olan İ. 5 000 manat pul oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.

