İdman 

“Azərreyl”də daha bir müqavilə

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan milli komandasının blokçusu Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşdırıb.

ARANTV.AZ xəbər verir ki, 27 yaşlı voleybolçu “Azərreyl”lə müqaviləsini daha bir il müddətinə uzadıb.

O, 2020/2021 mövsümündə də “dəmiryolçular”ın formasını geyinəcək.

Bununla da, ölkəmizi “Challenge” kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı dördə çatıb.

Komanda bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqavilənin müddətini uzadıb, ardınca slovakiyalı Romana Hudetsova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə bir illik razılıq əldə edib.Oxu.Az

Daha çox xəbərlər