Tailandda radiostansiyada atışma – Ölənlər var
Tailandın şimalındakı Pitsanulok əyalətində yerli radiostansiyanın binasında atışma baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Daha bir nəfərin yaralandığı deyilir.
Polis atəş açan şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

