Siyasət 

“Regionda təhlükəsizliyə əsas təhdid işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasıdır”

ARANTV.AZ xəbər verir ki, “Regionda təhlükəsizliyə əsas təhdid işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasıdır”. Bu fikir ATƏT Parlament Assambleyasının Qırğızıstanda  keçirilən payız sessiyasında səslənib. Qeyd edilib ki, Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınması bütün region üçün mühüm önəm kəsb edir. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, əhalisinin isə hər doqquz nəfərindən biri məcburi köçkündür. Bu faktın Azərbaycanda prioritet olan insan kapitalının inkişafına maneə yaratdığı vurğulanıb.

Daha çox xəbərlər