Siyasət 

Tbilisidə “Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, Tbilisidə “Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təmsilçilərimiz ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “boz zonalar” siyahısına salınmasının vacibliyini vurğulayıblar. İşğal olunmuş torpaqlarda narkotiklərin yetişdirildiyi, silah qaçaqmalçılığı, terrorçu dəstələrin hazırlandığı, Metsamor AES-dən çıxarılan radioaktiv tullantıların basdırılması barədə məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərinin də “boz zonalar” siyahısına daxil edilməsi təklifi bir çox iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

Daha çox xəbərlər