Siyasət 

Moldovada GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək

ARANTV.AZ xəbər verir ki, bu gün Moldovada isə GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək. Azərbaycanın da təmsil olunduğu iclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə ediləcək. Sonda hökumət başçılarının birgə bəyannaməsi, quruma üzv ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

Daha çox xəbərlər