Siyasət 

Bakıda Almaniyanın milli bayramı-Alman Birliyi Gününün 28 illiyi qeyd olunub

ARANTV.AZ xəbər verir ki, Bakıda Almaniyanın milli bayramı-Alman Birliyi Gününün 28 illiyi münasibətilə tədbir keçirilib. Ölkələrimiz arasında mövcud olan qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərindən danışılıb.

Almaniyanın milli bayramı-Alman Birliyi Gününün 28 illiyi münasibətilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Alman Birliyi Gününün tarixindən, ölkələrimiz arasında mövcud əlaqələrdən danışdı. Gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişafına əminliyini bildirdi.

Xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd etdi ki, ölkəmiz bütün sahələrdə Almaniya ilə əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazırdır. Münasibətlərin bir çox istiqamətlər üzrə inkişafının ölkələrimiz arasındakı etimadın göstəricisi olduğunu deyən nazir müavini bildirdi ki, ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlıq mövcuddur. İkitərəfli ticarət dövriyyəsində də artım müşahidə olunur. Almaniya şirkətləri Azərbaycanda bir çox layihələrdə iştirak edir. Vurğulandı ki, Almaniya kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüşlər iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.

Daha çox xəbərlər