Dünya 

Ermənistanda daha 460 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son 24 saat ərzində daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər isə bu virusdan ölüb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 8676 nəfərə çatıb, 120 nəfər xəstəlikdən ölüb. Ölkədə 5214 aktiv COVID-19 xəstəsi var.

Daha çox xəbərlər