Sosial 

Aqil Abbas Tarix İnstitutunu ittiham etdi

Milli Məclisin iclasında deputat Aqil Abbas Qarabağ xanlığının qurulmasının 270 illiyinin keçirilməməsi ilə bağlı qınaq səsləndirib.

ARANTV.AZ-ın xəbərinə görə, A.Abbas bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb.

Onun fikrincə, ən azı Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır.

“Təəssüf edirəm ki, bizdə bunu da etmirlər”, – deyə A.Abbas əlavə edib. Oxu.Az

Daha çox xəbərlər