Gündəm 

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri müəyyənləşib

ARANTV.AZ xəbər verir ki, “İdeyadan biznesə” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri təqdim edilib. Ən yaxşı startap komandası ilə çıxış edən ali təhsil müəssisələri müəyyənləşib.

“İdeyadan biznesə” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri bu dəfə “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” meyarı üzrə qiymətləndiriliblər. 15 komandanın iştirak etdiyi startapda iştirakçılar 3 dəqiqə ərzində öz layihələrini təqdim ediblər. Ümumilikdə, ali məktəblər üzrə 8 startapçı Milli Finala dəvət olunub. Final turu 26-30 oktyabr tarixlərində Bakıda ilk dəfə keçiriləcək “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunacaq. 15 komandaya isə 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında layihələrini təqdim etmək imkanı yaradılıb. Yarışda Bakı Dövlət, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Mühəndislik, ADA, Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak ediblər. Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Azərbaycan Mühəndislik Universiteti 1-ci, ADA Universiteti 2-ci,  Texniki Universitet isə 3-cü yeri tutub.

Daha çox xəbərlər