Dünya 

Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 285 nəfərə çatdı

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 87 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 372 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 22 nəfər sağalıb, sağalananların ümumi sayı 1 813 nəfərdir.

Daha çox xəbərlər