Ceyranbatanda çıxan yanğının söndürülməsində idmançılar da iştirak edib – FOTO/VİDEO
“Ceyranbatan” su anbarı ətrafında çıxan yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar idmançıları da yaxından iştirak edib.
ARANTV.AZ-ın xəbərinə görə, pauerliftinq idmanı üzrə dünya və Avropa çempionu, leytenant Rövşən Xəlilov və cüdo üzrə beynəlxalq turnirlərin qalibi, gizir Vüqar Şirinli yanğının söndürülməsinə cəlb olunub.
Qeyd edək ki, hadisə yerində Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev də yaxından iştirak edib.
Oxu.Az

