Hadisə 

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda qadına qarşı soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də G.Tanrıverdiyevanın içərisində pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Alışov saxlanılıb.

Daha çox xəbərlər