Dünya 

Gürcüstanda koronavirusa yoluxanların sayı 895 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 895 nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 2 yeni yoluxma faktı aşkarlanıb.

Bu günədək Gürcüstanda 14 nəfər koronavirusdan ölüb, 741 nəfər isə sağalıb. Xəstəxanalarda 264 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə iyunun 15-dən etibarən daxili turizm bərpa olunub. Beynəlxalq turizmin iyulun 1-dən açılması gözlənilir.

Daha çox xəbərlər