Sosial 

Bakı sakinləri zibil qutularının çox olmasından şikayətlənirlər – VİDEO

Adətən insanları yaşadıqları ərazidə zibil qutularının olmaması narahat edir.

Nə qədər qəribə səslənsə də, Xətai rayonundakı Araz Novruzov küçəsində yaşayanlar zibil qutularının çox olmasından şikayətçidirlər.

Bəziləri bildirir ki, zibil qutuları pəncərəsinin qarşısına qoyulub, kimisi də konteynerin düz qapısında olmasından narahatdır.

Sakinlərin sözlərinə görə, başqa küçələrdə zibil qutularının olmaması səbəbindən orada yaşayan sakinlər də məişət tullantılarını məhz bu küçədəki konteynerlərə atırlar.

Daha ətraflı Baku.TV-nin reportajında:

 

Daha çox xəbərlər