Moskvada 100 rubla görə miqrantlar arasında insident yaşandı
Rusiyanın paytaxtında 100 rubla görə (2 manat 44 qəpik – red.) miqrantlar arasında insident yaşanıb.
REN TV xəbər verir ki, hadisə Moskvanın “Novoperedelkino” metrostansiyası yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma zamanı məlum olub ki, üç qırğız miqrant Özbəkistan vətəndaşına bıçaqla hücum edərək, onun 100 rubl pulunu oğurlayıblar.
Qarətə məruz qalan şəxsə şüşə butulka ilə xəsarət də yetirilib.
Hadisəni törədən şəxslər saxlanılıb, onlara qarşı cinayət işi açılıb.

