Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyası başlayır
ARANTV.AZ xəbər verir ki ,bu gün İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyası başlayır. Oktyabrın 17-dək keçiriləcək toplantıda “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılacaq. Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar keçiriləcək. Toplantıda Azərbaycan da təmsil olunacaq.

