Gündəm 

“İndi bu sözləri hardan eşidəcəm?” – Polkovnikin anası

Ötən gün Tovuz istiqamətində döyüşdə şəhid olan polkovnik İlqar Mirzəyevin anası dəfn mərasimində jurnalistlərin suallarını cavablandırıb.

ARANTV.AZ xəbər verir ki, oğlundan danışan Gülnarə Mirzəyeva bunları deyib:

“Hər dəfə “hay can” deyirdin, indi bu sözləri hardan eşidəcəm… Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan? İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”.Axşam.az

Daha çox xəbərlər