Hadisə 

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vurub öldürdü

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub.

Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər