Ölüm sayı artarsa sərt karantin rejimi yenidən uzadıla bilərmi?-Baş infeksionistdən AÇIQLAMA
İyulun 20-də Azərbaycanda 352 nəfər koronavirusa yoluxub, 449 sağalıb. Sağalma çox olsa da rekord ölüm qeyd alınıb. Belə ki, iyulun 20-də 13 nəfər koronavirusdan vəfat edib. Ölüm sayı artarsa sərt karantin rejimi yenidən uzadıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, tədbiq edilən sərt karantin rejiminin müsbət nəticələri artıq görülməkdədir. Dünən ölüm sayı digər günlərlə nisbətən bir az çox olub. Amma qeyd edək ki, sağalma yoluxanlardan xeyli çox oldu. Hələ ki, avqustun 5-nə çox vaxt var. Avqustun 5-nə kimi alınan nəticələr təhlil edilərək qərarlaşdırılacaq ki, sərt karantin rejimi uzadılsın və ya yumşaldılsın. İndidən bir söz demək çətindir. Son günlərin nəticələri çox gözəldir. Əgər nəticələr bundan da aşağı düşsə müəyyən yumaşlmalara getmək olar. Amma əksinə yoluxanların sayı yenidən çoxalarsa və koronavirusun yayılma çoğrafiyası sərt karantin rejimi yenidən uzadıla bilər. Amma bu gün dəqiq bir söz demək çətindir. Səbirli olub avqustun 5-ni gözləmək lazımdır. Eyni zamanda insanlarımızın qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməsi vacibdir”.

