Sosial 

“Xaricdəki hücumlardan sonra ermənilər terrorçuluq fəaliyyətinə başlıya bilər”-POLİTOLOQ

Daha əvvəl dünyada istədiyi cinayəti edən və daha sonra özlərini təmizə çıxarmağa vərdiş edən ermənilər indi çətin vəziyyətdədir. Los Anceles, Brüssel və Moskvada azərbaycanlılara hücum edən, zorakılıq törədən ermənilər artıq saxlanılıb. Los-Ancelesdə iyulun 21-də Azərbaycan Baş Konsulluğunun qarşısında aksiya zamanı azərbaycanlılara hücum edən erməni saxlanılıb. Eyni zamanda Brüssel polisi iyulun 22-də Azərbaycanın Belçikadakı səfirliyinin qarşısında iğtişaşların iştirakçısı olan 15 ermənini saxlayıb. Bundan başqa Moskvada ermənilərin azərbaycanlılara məxsus “1001 gecə” restoranına hücumu ilə bağlı cinayət işi qaldırılıb. Azərbaycan hökuməti bu məsələdə xəsarət alan, hüquqi yardıma ehtiyacı olan vətəndaşlara maddi və hüquqi dəstəyi öz üzərinə götürüb.

Bu barədə Politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, “bu hücumlardan sonra ermənilər terrorçuluq fəaliyyətlərinə başlıya bilər”

Dünyada yaşayan ermənilərin Azərbaycana qarşı təxribatları getdikcə artır. Artıq silaha əl atıblar. Düşünürəm ki, bu hücumlardan sonra ermənilər terrorçuluq fəaliyyətlərinə başlıya bilər. Çünki keçmişdə bu kimi hərəkətləri olub, bu sahədə dırnaq arası böyük təcrübələri var. İllərlə türk diplomatlarını müxtəlif ölkələrdə qətlə yetiriblər. Ona görədə ayıq-sayıq olmalıyıq və qabaqlayıcı adımlar haqqında düşünməliyik.

Elxan Şahinoğlu. “Əlbəttə ki, kim Azərbaycanı təhqir edirsə onu cavabı mütləq verilməlidir”-deyə vurğulayıb.

Əlbəttə ki, kim Azərbaycanı təhqir edirsə onu cavabı mütləq verilməlidir. Düşünürəm ki, artıq ermənilərin bu xaotik hərəktlərinə müəyyən qədər cavab verilib. Ancaq yenə də hüquqi müstəvidə mübarizəmizi davam etdirməliyik. Los Ancelesdə, Brüsseldə, Moskvada dövlətimizin dəstəyi ilə müəyyən qədər istəyimizə nail olmuşuq. Azərbaycanlılara hücum edənlər artıq həbs olunub və barələrində cinayət işi açılıb.

Politolq qeyd edib ki, “ermənilərə qarşı boşluq buraxmaq olmaz çünki onlar diqqəti yayındırmaq istəyirlər”.

Bilirlər ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini həll etmək üçün qətiyyətli mövqeyini ortay qoyub və bu da onları narahat edir. Ona görə də fikirimizi yayındırmaq üçün başqa ölkələrdə həmvətənlərimizə hücum edirlər. Ayıq-sayıq olmalıyıq, səfirliklərimiz və diasporalarımız birgə fəaliyyət göstərməli, qabaqlayıcı adımlar haqqında ciddi düşünülməlidir.
Burada əsas iş səfirliklərimizin və diaspora komitəmizin üzərinə düşür. Çalışdıqları ölkədə arşdırmalar aprılmalı və hansı təşkilatların azərbaycanlılara qarşı təxribat törətməyi planlaşdırdığını öyrənməliyik. Bu haqqda kifayyət qədər məlumatlar əldə etməli və məlumatları həmin ölkələrin hüquq sisteminə ötürməliyik ki, əldə olunan faktlarla müəyyən tədbirlər görülsün. Düşünürəm ki, bu istiqamətə işlər genişlənməlidir. İstisna deyil ki, silaha əl atıblarsa bir müddət sonra terrora da əl ata bilərlər. Ona görə də bu hücumları təşkil edən erməni təşkilatları haqqında informasiya toplamalıyıq. Bu məsələdə dost dövlətlərdən də dəstək ala bilərik. Kifayət qədər məlumat topladıqdan sonra, həmin ölkənin hüquq sisteminə müraciət edərək, bu cinəytlərin qarşısını ala bilərik.

Daha çox xəbərlər