Sosial 

Azərbaycanda Qurban bayramı günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilərmi?- AÇIQLAMA

Qurban bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq. Qurban bayramı günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Qurban bayramı bizim ən ucada dayanan müqəddəs bayramlarımızdan biridir:

“Amma insan sağlamlığı hər şeydən vacibdir. Onun üçün də birinci insan sağlamlığını qorumaq lazımdır. Karantin rejimi bayram günlərlilə bağlı istisnaları özündə ehtiva etmir. Çünki bu çox ciddi məsələdir. Dünya üzrə koronavirusa yoluxanların sayında rekord rəqəmlərin şahidi oluruq. Avropanın özündə karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı düşünülür. Əgər bu epidemoloji proqnoz müəyyənləşib, sərt karantin rejimi avqustun 5-nə kimi uzadılıbsa, bu o demək deyil ki, yumşalmalıdır. 6 aydır ki, görürük ki, 2 həftə və ya daha çox müddətə “COVİD 19″ özünü büruzə verir. Bundan əlavə simtomsuz xəstələrin sayı da çoxdur. Bu xəstələrin insanları nə dərəcədə yoluxdurub, yoluxdurmaması tam öyrənilməyib. Ona görə də hansı vəziyyət olursa sərt karantin rejiminin müəyyən etdiyi qaydalara əməl etməliyik. Biz sərt karantin rejimini tədbiq edən də fikirləşmirdik ki, bayramlar olacaq. Yoluxmanın sayı artmasın deyə biz Novruz bayramını belə qeyd etmədik. Eləcə də Qurban bayramını. İnsanlarımız öz imkanları daxilində bu bayramı evində qeyd edəcək. Hesab edirəm ki, qaydalara əməl etməklə insan həyatını xilas etməyin özü böyük səvabdır”.

Deputat qeyd edib ki, bayram günlərində ictimai nəqliyyatın işləməsi məsələsini Operativ Qərargah qərarlaşdıracaq:

“Bayram günlərindən sui-istifadə edib, insanlarımız kütləvi toplaşa bilərlər. Deputat, həkim və vətəndaş kimi hesab edirəm ki, sərt karantin rejiminin qaydaları müəyyən edilən dövrə qədər davam edilməlidir. Birinci yumşalmada dəfələrlə insanlarımıza müraciət edilsə də bəzi məsuliyyətsiz vətəndaşlarımız yoluxmanın artması üçün şərait yaratdılar. Bu gün də heç kəs deyə bilməz ki, yumşalma olarasa insanlar sui-istifadə etməyəcək. Əlbəttə edəcəklər. Hesab edirəm ki, hər birimiz səbirlə Qurban bayramı günləri ilə bağlı Operativ Qərargahın verəcəyi qərarları gözləməliyik. Şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi qaydası davam etməlidir. Çünki təhlükə hələ də davam edir. Qeyd edim ki, iyulun 26-da yoluxanların sayı 300-dən 400-ə qalxdı. Yoluxmanın sayının artmaması üçün sərt karantin rejiminin qaydalarına əməl etməyimiz vacibdir”.

Daha çox xəbərlər