Azərbaycanda şəhər mərkəzinin yolları bərbad haldadır – VİDEO
Şamaxıda yol bərbad vəziyyətdədir.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilib.
Vətəndaşların sözlərinə görə, rayonun Mirzə Məhəmməd Həsən küçəsində yol istifadəyə yararsız haldadır:
“Şamaxının mərkəzi ərazisində yerləşən Sarıtorpaq ərazisinin yolları pis vəziyyətdədir.
Sözügedən yolun təmiri istiqamətində heç bir iş görülmür”.

