Sosial 

Meliorasiya və Su Təsərrüfatı: Suvarma probleminin həlli üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir

Suvarma probleminin həll edilməsi üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir.

ARANTV.AZ bildirir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, su anbarlarından fərqli olaraq, kiçik sututarlar daha qısa zaman ərzində və daha az maliyyə vəsaiti ilə yaradılır:

“Suyun bol olduğu dövrdə həmin sututarlara su toplanılır və su qıtlığı yaranan zaman həmin mənbələrdən istifadə edilir: “Ölkə üzrə 135 sututar və su anbarı var. İndiyədək bir çox sututarlar tikilib. Onların bəziləri əsaslı təmir edilib. Məsələn, Masallıda 32, Şamaxıda 8 sututarı təmir edilir. Sututarları sayı nə qədər çox olarsa, bizim su ehtiyatımız və balansımız bir o qədər çox olar”.

Daha çox xəbərlər