Sosial 

Fəttah Heydərovun dəfn mərasimi keçirilir – YENİLƏNİB + VİDEO

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun dəfn mərasimi keçirilir.

ARANTV.AZ-ın məlumatına görə, 82 yaşında vəfat edən F.Heydərovun cənazəsi I Fəxri xiyabana gətirilib.

Mərasimində onun ailə üzvləri və yaxınları iştirak edir.

10:03

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərovun nəşinin dəfn olunacağı məkan açıqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, mərhum Birinci Fəxri xiyabanda dəfn olunacaq.

09:29

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

BakuPost-un məlumatına görə, o, bu gün səhərə yaxın həyata gözlərini yumub.

Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.Oxu.Az

Daha çox xəbərlər