Nazir müavini: “Su probleminin həlli üçün pul ayrılacaq”
Azərbaycanda su probleminin həlli üçün əlavə vəsait ayrılacaq.
ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Maliyyə nazirinin müavini Azər Bayramov parlamentin iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Prezidentin sərəncamı ilə su qıtlığının aradan qaldırılması üçün komissiya yaradılıb.
“Artıq komissiya öz təkliflərini verib və işlərə başlanılıb”, – deyə A.Bayramov əlavə edib.
Onun sözlərinə görə, bu məqsədlə “Azərsu” ASC-yə vəsait ayrılacaq. Oxu.Az

