Sosial 

Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

“Hazırda toyların olması ilə bağlı məsələlər müzakirə olunmur”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, toyların keçirilməsi birinci və ikinci addımda mümkün deyil:

“Toyda çoxlu sayda insan qapalı məkanlara toplaşır. Bu qərar müəyyən dövrdən sonra veriləcək. Hər şey sosial-epidemioloji vəziyyətdən, qaydalara əməl edilməsindən asılı olacaq”.Oxu.Az

Daha çox xəbərlər