Sosial 

Vaxt gələcək, nəvələrimiz bizdən 2020-ci ili soruşacaq

2020-ci il qeyri-adi ildir. Tək Azərbaycanın əhalisi deyil, bütün dünya əhalisinin həyatında qeyri-adi ildir.

Bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Yer kürəsi pandemiyanı sonuncu dəfə 1918-ci ildə görüb: “İllər keçəcək ki, nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq. Hər kəsdən səbrli olmağı, bir-birimizə kömək etməyimizi, virusun yoluxma sürətinin azalması üçün əlimizdən gələni etməyi istəyirik. Şübhəm yoxdur ki, biz bu vəziyyətdən qalib çıxacağıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələləri daim diqqət mərkəzində saxlayır. Yeganə məsələ nə qədər itki verib, bu vəziyyətdən çıxmağımızdır. Ona görə hər kəsi səfərbər olmağa çağırıram”.

Daha çox xəbərlər