Üç dost Xəzərdə üzməyə getdi, biri dənizdə batdı – VİDEO
Dənizdə bir nəfər batıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Abşeron rayonunda, Novxanı çimərliyində baş verib.
Dənizdə çimən zaman üç dostdan biri batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, orta yaşlı kişi xidmətin xilasetmə məntəqəsindən bir kilometr aralıda nəzarətsiz ərazidə batıb.
Hazırda xidmətin dalğıc qrupu əraziyə cəlb edilib.

