Hadisə 

Qaxda idarəetmədən çıxan avtomobil divara çırpılıb – VİDEO

Axşam saatlarında Qax şəhərində bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, qəza Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində qeydə alınıb.

43 yaşlı şəhər sakini Ramil Əzizov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil divara çırpılıb.

Nəticədə, Ramil Əzizov ağır bədən xəsarətləri alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Baku TV

Daha çox xəbərlər