Sosial 

Veyplər gənclər arasında koronavirusu yayır

Veyp çəkən və yaxud da onu adi siqaretlə birləşdirən insanların koronavirusa yoluxma riski adi insanlardan 7 dəfə çoxdur.

Bu barədə Stenford Universitetinin (ABŞ) alimlərinin nəşr etdirdiyi məqalədə qeyd olunub. Mütəxəssislər hesab edir ki, birinci veyplərdə klassik tütün məmulatına xas olmayan mənfi keyfiyyətlər daha çoxdu.

Belə ki, klassik siqaret ağciyərlərin sağlamlığına və bütövlükdə insan orqanizminə ziyanlıdır, lakin elektron siqaret də insan həyatına qısa zamanda son qoya bilər. Oların buxarında müxtəlif toksinlər, kanserogenlər və digər maddələr var ki, nəinki ağciyər xərçənginin yaranma ehtimalını artırır, həmçinin arteriyaların və venaların divarlarını daha kövrək edir.

Universitetinin əməkdaşı Şivani Qayha bildirib ki, veyplərin gənclər arasında koronavirus yayıb-yaymadığını müəyyənləşdirmək üçün 13-24 yaş arasında dörd mindən çox gənc və yeniyetmə arasında tədqiqat aparılıb.

Məlum olub ki, veyp çəkən və yaxud da onu adi siqaretlə birləşdirən insanların koronavirusa yoluxması 7 dəfə çoxdur. Veyplər bununla da, piylənmə və diabeti üstələyib. //Azvision.az

Daha çox xəbərlər