Sosial 

Məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb

2020-ci ilin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin sayı 1840 olub. Bunun 1684-ü dövlət, 156-sı isə qeyri-dövlət təhsil müəssisəsidir.

Bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin müəssisələrdə 128 min 800 uşaq təlim-tərbiyə alır. Onların 122 min 400-ü dövlət, 6 min 400-ü qeyri-dövlət təhsil müəssisələrinin payına düşür. məktəbəqədər təhsil müəssisələrinin 1123-ü şəhər, 717-si isə kənd yerlərində fəaliyyət göstərir.

Daha çox xəbərlər