İdman 

Tofiq Bəhramov adına Respublika Stadionunda saralmalar – VİDEO

“Qarabağ” sabah Şimali Makedoniyanın “Sileks” klubu ilə yeni avrokubok macərasına start verəcək.

Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq görüş sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

ARANTV.AZ uzun müddət futbol oynanılmayan Respublika Stadionundan son görüntüləri təqdim edir.

Görüntülərdə meydançanın ehtiyat oyunçular skamyasına yaxın hissələrində saralmalar gözdən qaçmır.

 

Oxu.Az

Daha çox xəbərlər