Sosial 

“Azərbaycan və Xorvatiya çarter reyslərinin açılmasına böyük maraq göstərir” – Səfir

Azərbaycan və Xorvatiya çarter uçuşlarına başlamağa böyük maraq göstərir.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.

Səfir deyib ki, hazırda COVID-19 səbəbindən Xorvatiyaya turizm məqsədi ilə vizaların verilməsi ilə bağlı müraciətlərə baxılması dayandırılıb:

“Dünyada koronavirusun gələcək təsirinin proqnozlaşdırıla bilməməsi və vaksin ətrafındakı qeyri-müəyyənlik səbəbindən turizm sektorunda mübadilənin necə inkişaf edəcəyini söyləmək çətindir. Lakin hər iki tərəf çarter reyslərinin açılmasına böyük maraq göstərir”.

Xatırladaq ki, 2016-cı ildə Xorvatiya Azərbaycan vətəndaşları üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Daha çox xəbərlər