“Azəbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik edilir
ARANTV.AZ xəbər verir ki, “Azəbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik edilir. Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.
Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fizki və ya hüqui şəxsə təklif edə bilməz. Bununla bağlı “Azəbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Bu, deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir. Qanunda nəzərdə tutulmuş məbləğdən – yəni 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanunvericiliyə təklif edilən dəyişiklik Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu ilə əməkdaşlığın nəticəsi olaraq hazırlanıb. Layihədə qeyd olunur ki, deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdikləri görüş, həmin görüşün mövzusu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamladır. Bu məlumatlar protokolaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər isə Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.
Qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı “Milli Məclisin deputatının statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə də ümumilkdə 27 maddəyə 72 dəyişiklik edilir. Nizamnamənin 23-cü maddəsinə edilən dəyişikliyə əsasən deputatlıqdan məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisin baxması qaydası əksini tapır. Deputatın səlahiyyətlərini itirməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Müzakirələr zamanı millət vəkilləri müxtəlif təkliflərlə çıxış etdilər. Komitə sədri səslənən təkliflərin işçi qaydada araşdırılıb baxılacağını dedi.

