Cəmiyyət 

AMEA Mərkəzi Elmi Kitabxanası fəaliyyətini genişləndirib

ARANTV.AZ xəbər verir ki, son 3 il ərzində Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının fondlarında saxlanılan kitablar Akademiyanın əsas binasından yeni binaya köçürülüb. Həmçinin Mərkəzi Elmi Kitabxanada Vahid İdarəetmə Sistemi hazırlanıb.

Mərkəzi Elmi Kitabxana Milli Elmlər Akademiyası sistemində kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılan məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Bura Akademiya sistemindəki 40 kitabxananın fəaliyyətini tənzimləyən və istiqamətləndirən metodik mərkəzdir. Kitabxana müasir informasiya formatina keçid təmin edilməklə oxucuların ixtiyarına verilib. Son 3 il ərzində kitabxananın oxucularının sayı da artıb.

Kitabxananın hazırkı binası 2015-ci ildə istifadəyə verilib. Burada dünyanın bütün dillərində olmaqla, 1 milyon 500 mindən çox sənəd mühafizə olunur. Kitabxanın Nadir Kitab fondunda isə Azərbaycanda ən qədim kitablar qorunub saxlanır. Fondda firuzə qaşlı, qızıl suyuna salınmış və sair kitablar da var. 14 zaldan və zəngin fondlardan ibarət olan kitabxananı hər gün 400-ə yaxın oxucu ziyarət edir. Son illər kitabxananın nailiyyətləri də artıb. Belə ki, ötən il kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət platformasının bütün modulları hazırlanıb istifadəyə verilib. Milli Rəqəmsal yaddaş bazası elmiləşdirilib. Kitabxananın Sərbəst Elektron Resurslarla İş şöbəsində isə Vikipediya elektron ensiklopediyasının azərbaycan dili bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi prosesi uğurla davam etdirilib, Azvikipediya modeli hazlrlanıb. Kitabxana beynəlxalq əlaqələrini də genişləndirir. Bu çərçivədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Macarıstan Prezidenti tərəfindən verilmiş “Qızıl Xaç” ordenini Mərkəzi Elmi Kitabxanaya təqdim edib.

Daha çox xəbərlər