Sosial 

Dördayaqlı dostlarımız kabusumuza çevriləndə… – VİDEOREPORTAJ

İtlər vəfalı dostlarımızdır. Ancaq baxımsız və sahibsiz qaldıqları zaman həmin dostlarımız bir çoxlarının qorxulu kabusuna çevrilir. Hava qaralar-qaralmaz bu sahibsiz heyvanları sürü şəklində paytaxtın küçə və prospektlərində görmək mümkündür.

Baku TV Nizami rayonu, Asif Məhərrəmov küçəsində çəkilişdə olarkən zaman bu mənzərənin şahidi olub.

Gecə itlərin sürü şəklində gəzməsi sakinləri qorxuya salır. Küçələrin qaranlıq olması isə bu qorxunu kabusa çevirir.

Sakinlərin sözlərinə görə, ac qalmiş sahibsiz itlər bəzən insanlara hücum edir. Təbii ki, mövcud vəziyyəti paytaxtın digər rayonlarında da görmək mümkündür.

Ətraflı süjeti təqdim edirik:

Daha çox xəbərlər