Sosial 

Azərbaycanlı kimi qeydiyyatdan keçən ermənilərə qarşı NƏ EDƏK? -Mütəxəssisdən MƏSLƏHƏT

Sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxlu sayda erməni var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Bu məlumatı “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşdə Müdafiə naziri Zakir Həsənov açıqlayıb.

Nazir bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır. Qeyd edək ki, bu barədə daha əvvəl də bəzi mənbələrdən məlumatlar verilib ki, ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçərək ölkəmizin əleyhinə təxribat məlumatları yayır, əhali arasında çaşqınlıq yaratmağa çalışırlar.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Sonxeber.az-a İT mütəxəssisi Kamil Məmmədov danışıb:

“Əslində İT ilə bağlı elə də iş yoxdur. Burada əsas prinsiplərdən biri təşkilatlanmaqdır. İnternet elə bir resursdur ki, xüsusən də sosial şəbəkələr, bu məkanlarda kiminsə şəxsiyyətini sənədlə təsdiq edən qeydiyyat olmadığına görə , hər kəs istənilən adda, istənilən yer üçün, istənilən dövlətin nümayəndəsi kimi qeydiyyatdan keçə bilər.

Müharibə vaxtı erməni vətəndaşlarının azərbaycanlı adı ilə daxil olub sosial şəbəkələrdə dezinformasiya yayması halları var idi. Ölkəmizdə informasiya müharibəsi gedir. Bu müharibədə uduzmaq olmaz. Qeyri- hökumət təşkilatları, bloggerlər, digər şəxsi hesabları olan vətəndaşlar daha rahat, tez və sürətli imkanlara malikdir.

Vacib olan birinci şərt məlumatı əvvəl çatdırmaqdır. Dünyada bir qayda var. İnformasiyanı kim birinci çatdırırsa, səhv və ya düz fərq etmir, kütləviləşdirirsə, onun çatdırdığı fikir isanların beynində artıq haqlı fikir kimi qalır. Bunun qarşısının alınması üçün düşünürəm ki, dövlət rəsmi qurumların məlumatalarını vətəndaşlara tez və dolğun, vaxtaşırı çatdırmalıdır.

Düzdür, xaricdən gələn şəbəkələri, sistemləri blok etmək olar. Amma bu bizə heç nə vermir. Biz onları blokladığımız təqdirdə, onlar digər dövlətlərdən şəbəkəyə qoşulur, bu zaman da biz həmin tərəfi blok etmiş oluruq və bununla da əlaqələr kəsilir. Əslində blok etmək yaxşı deyil. Saxta profilləri təyin etmək elə də çətin deyil. Ən bəsit üsulu saxta profilin içərisinə daxil olub, həmin andakı olan postları yoxlamaq, dost listinə baxmaq lazımdır”.

Daha çox xəbərlər