İran generalın şərəfinə adlandırılan raketin sınağını keçirdi – VİDEO

İran ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürülən general Qasim Süleymaninin şərəfinə adlandırdığı ballistik raketin sınağını keçirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Yer-yer” sinifli raketin 1400 km mənzilli olduğu vurğulanıb.

Xatırladaq ki, cari il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.