Dünya 

Fransa Mali hadisələrinə baxmayaraq, Afrikada hərbi əməliyyatları dayandırmayacaq

Fransa Silahlı Qüvvələr naziri Florans Parli ölkəsinin Malidəki çevrilişə baxmayaraq terrorçu və radikal islamçılara qarşı mübarizə aparmaq üçün Afrikanın Sahel (Burkina-Faso, Mavritaniya, Mali, Nigeriya, Çad) əməliyyatına davam etmək niyyətini təsdiqləyib.

Nazir bu barədə “Twitter” səhifəsində yazıb.

“Mali tərəfinin istəyi və BMT Təhlükəsizlik Şurasının icazəsi ilə həyata keçirilən “Barhan” əməliyyatı davam edir. Fransız hərbçiləri Avropadakı və Saheldəki tərəfdaşları ilə birlikdə bu missiyanı bütün lazımi peşəkarlıq və ortaq təhlükəsizliyin təmin edilməsi maraqları ilə davam etdirirlər”, – deyə nazir qeyd edib.

Fransa “Barhan” hərbi antiterror əməliyyatına 2014-cü ilin avqustunda başlayıb. Bu, Fransız hərbi qüvvələrinin 2013-2014-cü illərdə Malidə keçirdiyi “Serval” əməliyyatının davamı idi.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyatda ümumilikdə 5000-dən çox insan iştirak edir. Buraya Fransa hərbi qüvvələrindən əlavə İspaniya, Böyük Britaniya, Danimarka, Çexiya və Estoniya silahlı qüvvələrinin bölmələri cəlb olunub, Afrikadakı onlarla hərbi bazadan istifadə edilir, onlardan ikisi Malidə yerləşir.

Daha çox xəbərlər