Sosial 

Baş Prokurorluq: “İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər”

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: “Lakin bu məsələyə gələcəkdə baxıla bilər”.

Qeyd edək ki, Baş Prokurorluğun “Instagram” səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.

Daha çox xəbərlər