Sosial 

Azərbaycanda “Mobil notariat” proqramına xüsusi maraq var

Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlər “Mobil notariat” proqramına xüsusi maraq var:

“Ötən il istifadəyə verilən “Mobil notariat” tətbiqi vətəndaşlar arasında inam yaratdı. Artıq tətbiq 60 min nəfər tərəfindən yüklənilib. O cümlədən bu proqram vasitəsi ilə indiyədək 20 min notariat hərəkəti yerinə yetirilib”.

Daha çox xəbərlər