Sosial 

Nazirlikdə işdən çıxarılan vəzifəli şəxs haqqında yazılanlardan danışdı

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi – baş icra məmuru, baş ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nurəddin Mustafayev işdən çıxarılmasının səbəbi ilə bağlı yazılanlara münasibət bildirib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən N.Mustafayev yazılanların həqiqətə uyğun olmadığını bildirib:

“Ədliyyə Nazirliyinə də müraciət edə bilərsiniz. Yazılanlar doğru deyil. Hər kəsdən xahiş edirəm ki, dedi-qoduya uymasınlar. Əgər məsələ deyildiyi kimi olsaydı, rəsmi münasibət bildirilərdi”.

Daha çox xəbərlər