Maraqlı 

Dünyanı dəyişən internetlə bağlı bunları bilirdinizmi?

İnternetlə bağlı istənilən qədər danışmaq olar. Bu virtual dünya həyatımızı əməlli-başlı dəyişib. KİV, əyləncə sahəsi, romantik münasibətlər və s. internet yarandıqdan sonra fərqli olub. Müasir dünyadan xəbərsiz qalmamaq üçün daim onlayn olmağa çalışırıq.

Aşağıda internetlə bağlı maraqlı faktlarla tanış ola bilərsiniz:

Dünyada ilk yaranmış sayt hələ də fəaliyyət göstərir

1989-cu ilin mart ayında dünyada ilk veb sayt yaradılıb. İnanmayacaqsınız, amma müasir veb saytların görünüşündə olmasa da, həmin sayt hələ də mövcuddur. 80-ci illərin sonlarında brauzerlər kompyuter qrafikası və multimedia ilə işləməyi bacarmırdılar və ona görə də saytda ancaq hiperlinklərlə mətn informasiyası daxil edilirdi.

“Google AdWords” reklam xidmətindəki ən bahalı söz birləşməsi

“Google Adword” platformasının reklam xidmətlərinin qiymətləri dünyadakı hadisələrdən və meyllərdən asılı olaraq daim dəyişir, lakin 2016-cı ildə bu xidmətdəki ən bahalı və tələb olunan axtarış sorğusu “ən yaxşı mesotelioma vəkili” (mesothelioma-xərçəng şişləri) oldu. Qiyməti 935dollar təşkil edirdi. Qeyd etmək lazımdır ki, hüquqi və vəkillik mövzularındakı açar sözlər 2016-cı ilin ən bahalıları siyahısında olub.

Gündəlik internet şəbəkəsində 247 milyard elektron məktub dolaşır

“Radicati Group” bazarın araşdırılması şirkəti hesablayıb ki, hər gün dünya üzrə 247 milyard elektron məktub göndərilir. Ancaq onu da qeyd edək ki, bu məktubların 90 %-i SPAM və viruslardır. Buna görə də tanımadığınız ünvandan məktub qəbul edərkən çox ehtiyatlı olmalısınız.

“Twitter”də ilk tvit 2006-cı il 21 mart tarixində Cek Cersi tərəfindən yazılıb

Kim düşünə bilərdi ki, “Twitter” bu qədər məşhur olacaq?  2006-cı il 21 martda bu virtual layihənin yaradıcısı Cek Corsi ilk tviti özü yazmışdı. O, “Sadəcə öz tvitimi atıram” yazmaqla “Twitter”i açıq elan etmişdi.

Uiz Xalifanın “See you again” treki bütün dövrlərin ən populyar videosu hesab olunur

Bu trek hətta böyük səs-küyə səbəb olmuş “Gangam Style”ı da geridə qoyaraq, “YouTube” saytının tarixində ən çox baxılan video olub. Hazırda trekin baxış sayı 3 milyarddan artıqdır və bu göstərici dayanmadan artır. Sözügedən mahnı “Forsaj” filmi üçün yazılıb və 2013-cü ildə avto qəzada həlak olan aktyor Pol Uolkerə həsr edilib.

Tima Bernersa-Li “internetin  atası” hesab olunur

İnternetdən sadələşdirilmiş istifadəyə imkan verən sistemi inkişaf etdirən məhz o idi.

“YouTube”a hər dəqiqə 300 saatlıq video çarx yüklənir

Hamımız bilirik ki, “Youtube” video çarxların ən böyük onlayn saxlama yeridir. Ora dünyanın hər yerindən video çarx yerləşdirmək və hətta pul qazanmaq olur.

Çində internet aludəçilərinin müalicəsi üçün düşərgələr mövcuddur

Çində təxminən 632 milyon internet istifadəçisi var. Onlardan 23 milyonu internet aludəçiliyi xəstəliyindən əziyyət çəkir. Xüsusilə uşaqların bu xəstəlikdən qurtulması üçün Çin hökuməti xüsusi müalicə düşərgələri təşkil edir. Çində gündəlik 6 saatdan çox internetdə vaxt keçirən istənilən insan artıq internetdən asılı hesab edilir.

İnternetdə trafiki əsasən botlar və viruslar yaradırlar

Sizə elə gəlir ki, internet trafikini yaradan xəbər və ya ünsiyyət üçün ardıcıl saytlar açan insanlardır? Yanılırsınız. Şəbəkə sorğularının əsas payı xidmət məqsədlərini yerinə yetirmək üçün proqramçılar tərəfindən yaradılan avtomatlaşdırılmış botların payına düşür. Təəssüf ki, onların bir çoxu təbiətcə şəbəkəyə zərərli proqramlardır.

Daha çox xəbərlər