Manset Region Xəbərləri 

Seyid Yusif Ağanın anım günüdür

Seyid Yusif ağa 1926 cı il fevral ayının 3-də Bərdədə ruhani ailəsində anadan olub.

Atası Seyid Hüseyn Ağa mötəbər şəxslərindən biri olub. Anasını iki aylığında itirən Seyid Yusif ağa atasının himayəsi altında böyüyüb. Seyid Yusif Ağa 2005 ci ilin avqust ayının 26 – da dünyasını dəyişib.Seyidin doğuldugu kənd Ağanın adını daşıdığından indi Seyid Yusifli adlanır. Hamı böyük ehtiramla üz tutur  Seyid Yusif Ağa ocağına.

Seyid Yusif ağa ocağı yenə də ziyarətçilərlə dolu olur, yenə də qurbanlar kəsilir, ehsan süfrələri açılır. Şükürlər olsun böyük yaradanın məsləhətinə ki, bu müqəddəs ocağın istisini, hənirini azaltmağa qıymayıb. İndi bu ocaqda Seyid Yusif ağanın nəvəsi Hacı Seyid  Səbuhi ağa əyləşib.

Seyid Yusif ağaya aid olan bütün əşyalar ocaqda səliqə ilə qorunub saxlanılır. Nəvəsi Hacı Seyid  Səbuhi ağa  müqəddəs ocağa gələn ziyarətçiləri onlarla tanış edib, hər bir əşya haqqında məlumat verir.

Seyid Yusif ağanın ziyarətinə bu gün də təkcə Yevlax, Bərdə və Tərtər rayonlarından deyil, Azərbaycanın hər yerindən, ucqar şəhər və kəndlərindən gələnlərin ardı-arası kəsilmir. Haradan gəlməsindən və kimliyindən asılı olmayaraq hər kəs ehtiramla qarşılanır.Seyid Yusif ağanın  ocağına verilən nəzir-niyazlar hesabına çətin günlər, faciəli anlar yaşamış insanlara, şəhid ailələrinə, əlillərə lazımi yardım edilir.

Bu missiya indi  Hacı Seyid Səbuhi ağanın  üzərinə düşüb. Ziyarətgaha gələnlər inanırlar ki, bu müqəddəs ocaq həmişə onlara kömək olacaq. İnsanların ürəyində müqəddəs məkana çevrilən “Seyid Yusif ağa ocağın”da daim gur işıq yanır, ziyarətçilər olur. Arzu edirik, bu yanar işıq hər bir ziyarətçinin nicat, məlhəm, ümid işığına çevrilsin. Allah hər kəsin ziyarətini və qurbanını qəbul etsin! Amin!

Seyid Yusif Ağaya da Allah rəhmət eləsin!

ARANTV.AZ

Daha çox xəbərlər