TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Məktəb yaşlı uşaqlarda virus, əsasən, asimptomatik olur.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
O bildirib ki, məktəblərdə virusun yayılmasından narahat deyillər:
“Biz qorxuruq ki, bu uşaqlar daşıyıcı olub yoluxdura bilərlər. Ona görə də biz məktəblilərin toplanmasından ehtiyat etmirik. Biz daha çox şagirdlərin müəllimlərlə təması nəticəsində bu virusun yayılmasından ehtiyat edirik. Yəni şagirdlər bu virusa yoluxaraq, başqalarını yoluxdura bilər”.

