Dünya 

Rusiyada tədris ili sentyabrın 1-də başlayacaq

Rusiyada məktəblilər və tələbələr üçün yeni tədris ili sentyabrın 1-də başlayacaq.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya-1” telekanalına verdiyi müsahibədə deyib.

“Əlbəttə ki, qərar regional və hökumət səviyyəsində qəbul edilib”, – deyə Putin qeyd edib.

O həmçinin bildirib ki, sanitar həkimlərin tələblərinə riayət etmək lazımdır. Məktəblərdə qoruyucu maskalardan bəhs edən Putin bəzən çətin olduğunu qeyd edib: “Müəllimlər üçün asan deyil. Bütün bunları anlamalıyıq”.

Rusiya Prezidenti koronavirus səbəbindən təhsil prosesinin təşkilinə çevik və yaradıcı bir şəkildə, hazırlığın keyfiyyətinə zərər vermədən yanaşmaq lazım olduğunu da vurğulayıb.

Daha çox xəbərlər